Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” mövzusunda seminar keçirilib
04.02.2019 09:49
  • A-
  • A
  • A+

“Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” mövzusunda seminar keçirilib

AMEA-nın Folklor İnstitutunun və Beynəlxalq Muğam Mərkəzinin (BMM) təşkilatçılığı ilə “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” mövzusunda elmi seminar keçirilib.

BMM-də baş tutan tədbirdə Folklor İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli çıxış edərək xalqımızın milli-mənəvi dəyəri olan bayatılar haqqında məlumat verib. Bildirib ki, Azərbaycan folklorunun ən qədim janrlarından olan bayatılar əsrlərboyu sadəlik, mərdlik, dostluq, igidlik, məğrurluq kimi insani keyfiyyətləri özündə əks etdirir.

Alim bayatıların, həmçinin mədəniyyətimizi, dilimizi, dinimizi və kimliyimizi təcəssüm etdirdiyini, özünəməxsusluğu ilə həm xalq ədəbiyyatı, həm də xalq musiqisinə bağlı olduğunu deyib.

N.Rəhimbəyli milli-mənəvi sərvətimizin əsas hissəsini təşkil edən bayatıların öyrənilməsi və təbliğ edilməsinin müasir mədəniyyətimizin aktual məsələlərindən biri olduğunu söyləyib.

Seminarda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin “Müasir bəstəkarların yaradıcılığında bayatı janrı”, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynovanın “Türk xalqlarının musiqisində bayatı”, professorlar - Minəxanım Nuriyevanın “Bayatı poetik mətn kimi”, Abbasqulu Nəcəfzadənin “Bayatı janrı muğam sənətində”, Fəttah Xəlilzadənin “Bayatı oxumalarının arxaik xüsusiyyətləri”, dosent Ləman Süleymanovanın “Bayatılar folklor tədqiqatlarında”, Əməkdar incəsənət xadimi Sürəyya Ağayevanın “Qədim dövr və orta əsrlərdə Azərbaycan türk muğamı və bayatılar” və digər mövzularda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: