Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanda əhalinin demoqrafik yaşlanması araşdırılıb
11.02.2019 14:47
  • A-
  • A
  • A+

Azərbaycanda əhalinin demoqrafik yaşlanması araşdırılıb

AMEA İqtisadiyyat İnstitutunun Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinin baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Əfəndiyev və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin bakalavr tələbəsi Ləman Mütəllibovanın demoqrafiya ilə bağlı yeni kitabı nəşr olunub.

“Azərbaycanda əhalinin demoqrafik yaşlanması: problemlər, xüsusiyyətlər və nəticələr” mövzusunda tədqiqat işi Latviyada, “LAP LAMBERT Academic Publishing” nəşriyyatında rus dilində çap edilib.

Müəlliflər Azərbaycanda demoqrafik yaşlanmanın mahiyyətinin nəzəri əsaslarını öyrənərək, onun mövcud vəziyyətini və inkişaf dinamikasını təhlil ediblər. Tədqiqatda əhali yaşlanmasının ən əhəmiyyətli demoqrafik və sosial-iqtisadi nəticələri vurğulanır.

Kitab demoqraflar, sosioloqlar və iqtisadçılar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: