Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

YT Park ilə “Azərenerji” ASC arasında sürtkü yağlarının satınalınması ilə bağlı müzakirələr aparılıb
13.02.2019 15:02
  • A-
  • A
  • A+

YT Park ilə “Azərenerji” ASC arasında sürtkü yağlarının satınalınması ilə bağlı müzakirələr aparılıb

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, i.ü.f.d. Nazim Şükürovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Təchizat idarəsinin rəisi Rövşən Əsgərov arasında görüş keçirilib.

Görüşdə YT Parkda istehsal edilən neft-sürtkü materiallarının, sənaye və mühərrik yağlarının, həmçinin texniki sürtkü yağlarının satınalınması ilə bağlı müzakirələr aparılıb. Bundan əlavə, “Azərenerji” ASC-də illərlə cəmləşmiş min tonlarla “Musella-40” mühərrik yağının Azərbaycan alimlərinin müəyyən etdiyi üsullar əsasında yenidən işlənməsi və istifadəyə yararlı hala salınmasına dair fikir mübadiləsi aparılıb.

R.Əsgərov Azərbaycan alimlərinin yeni üsulunu yüksək qiymətləndirib, bu barədə “Azərenerji” ASC-nin rəhbəri Balababa Rzayevə məlumat verəcəyini qeyd edib.

Görüşdə YT Parkın infrastruktur üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov və strateji inkişaf üzrə direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Məmməd Bağırzadə də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: