Türkiyənin Kocaeli Universitetinin Mühəndislik fakültəsinin nümayəndələri professor Fadimə Sərtçelik, professor Tekin Yekin və professor İbrahim Sərtçelik AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.
Mərkəzin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşən nümayəndələr ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin türkiyəli alimlər RSXM-nin apardığı seysmoloji tədqiqatlarla yaxından tanış olduqlarını, bu tədqiqatların beynəlxalq standartlara cavab verdiyini vurğulayıblar.
Görüşdə qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlərə də toxunulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.