Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Mərkəzi Elmi Kitabxanada Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb
18.02.2019 15:50
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Prezident İlham Əliyevin bu il imzaladığı “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq ölkəmizdə yazıçıya həsr olunmuş silsilə tədbirlər keçirilir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) da böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb.

Sərgidə Mirzə Cəlilin müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir. Onların sırasında “Cümhuriyyət”, “Danabaş kəndinin əhvalatları”, “Bəlkə də qaytardılar”, “Hekayələr”, “Mirzə Cəlil və Məmmədquluzadələr (məktublaşma)”, “C.Məmməqduluzadə (Biblioqrafiya)”, “Cəlil Məmmədquluzadə”, “Cəlil Məmmədquluzadə. Molla Nəsrəddin arxivinin təsviri”, “Naxçıvanda Cəlil Məmmədquluzadə muzeyləri”, “İnsanlar və talelər”, “Cəlil Məmmədquluzadə taleyi və sənəti” və digər kitablar yer alır.

Sərgilənən kitablar MEK-in elektron kataloqunda qeyd edilərək Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Sərgi fevralın 23-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: