Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının rəhbərliyi altında yerinə yetirilən layihələr mükafata layiq görülüb
18.02.2019 16:42
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının rəhbərliyi altında yerinə yetirilən layihələr mükafata layiq görülüb

Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi İsgəndər Yusifzadə “Sabahın alimləri“ VIII Respublika müsabiqəsinin “Tibb və sağlamlıq” nominasiyası üzrə 1-ci, Bakı Dövlət Universiteti nəzdində Gənc İstedadlar Liseyinin 9-cu sinif şagirdləri Nicat Ömərli və Məryəm Bayramova isə “Fizika” nominasiyası üzrə 3-cü yerə layiq görülüblər.

İ.Yusifzadə “Dəmir əsaslı nanohissəcik sistemlərindən dərmanların ünvanlı çatdırılmasında istifadə”,  N.Ömərli və M.Bayramova isə “Epitaksial təbəqəli heterokeçid əsasında fotodetektor” adlı layihəsinə görə təltif olunublar.

Sözügedən layihələr AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşları - fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova və biologiya elmləri üzrə fəlsəfə doktoru Aygün Nəsibovanın rəhbərliyi altında yerinə yetirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: