Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Azərbaycanın müxtəlif rayonlarında torpaq ekspedisiyası aparıblar
11.08.2014 00:00
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Azərbaycanın müxtəlif rayonlarında torpaq ekspedisiyası aparıblar

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları, akademik Məhərrəm Babayevin rəhbərliyi ilə Böyük Qafqazın Cənub yamacında (Zaqatala rayonu) torpaq tədqiqatları aparıblar. 15 gün davam edən ekspedisiyada əsas məqsəd Böyük Qafqazın Cənub yamaclarında torpaqların müasir vəziyyətini, onların morfogenetik dioqnostikasını müəyyən etmək, deqradasiya proseslərini öyrənmək və xəritələşdirmək olub.

Qeyd edək ki, institutun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Qoşqar Məmmədovun rəhbərliyi ilə Quba-Xaçmaz zonasına, institutun Torpaq örtüyünün strukturası laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vilayət Həsənovun rəhbərliyi ilə Kür çayı subasarı -Ağdaş, Bərdə, Tovuz rayonlarına, aqrar elmlər üzrə fəlsəfə doktoru Məmməd Məmmədovun rəhbərliyi ilə isə Ağsu, Kürdəmir və İsmayıllı rayonuna da elmi ekspedisiyalar təşkil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: