Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

22.02.2019 10:33
  • A-
  • A
  • A+

Nəsimiyə həsr olunan qəzəl müsabiqəsinin qalibləri müəyyənləşib

Nəsimiyə həsr olunan qəzəl müsabiqəsinin qalibləri müəyyənləşib

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli-mənəvi dəyərlərin təbliği baxımdan xüsusi əhəmiyyətini nəzərə alaraq AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Kürdəmir Regional Mədəniyyət İdarəsi və Kürdəmir rayon Təhsil şöbəsi ilə birgə şagirdlər arasında qəzəl müsabiqəsi elan edib.

Fevralın 21-də Kürdəmir rayon Mədəniyyət Mərkəzində “Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, Bu quş dilidir, bunu Süleyman bilir ancaq.” adlı qəzəl müsabiqəsinin yekun turu keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Nəsiminin tərəqqipərvər ictimai-fəlsəfi ideallarla zəngin irsindən, yüksək bədii estetik səviyyəyə malik poeziyasından, Azərbaycan ədəbiyyatı tarixində məhsuldar və yeni mərhələ təşkil etməsindən, eləcə də türkdilli xalqların ədəbi inkişafına təsirindən danışıb.

Daha sonra müsabiqənin ilkin turlarından seçilmiş qiraətçi şagirdlərin çıxışları dinlənilib, münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib.

Kürdəmir şəhər 3 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Sahilə Abdullayeva birinci, 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Təranə Heydərova ikinci, 6 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Tünzalə Babayeva isə üçüncü yerə layiq görülüblər.

Qaliblər Fəxri fərmanlarla mükafatlandırılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: