Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” dərsliyi çapdan çıxıb
27.02.2019 16:44
  • A-
  • A
  • A+

“Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” dərsliyi çapdan çıxıb

Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zakir Qarayev və həmin kafedranın dosenti Ramin Bayramlının “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya” dərsliyi çapdan çıxıb.

Dərslikdə müxtəlif patogen mikroorqanizmlərin - bakteriya, virus, göbələk, ibtidai və helmintlərin xüsusiyyətləri, onların törətdiyi xəstəliklərin əsas klinik əlamətləri, müasir mikrobioloji, immunoloji, molekulyar-genetik diaqnostika prinsipləri, həmçinin klinik mikrobiologiya və sanitar mikrobiologiya sahələrinin mühüm müddəaları şərh edilib.

Vəsait Azərbaycan Tibb Universitetinin tələbələri üçün müvafiq fənnin proqramına uyğun yazılıb. Dərslikdən rezidenturada təhsil alanlar və praktik həkimlər də istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: