Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Cavad xan haqqında kitab nəşrə hazırlanır
04.03.2019 11:20
  • A-
  • A
  • A+

Cavad xan haqqında kitab nəşrə hazırlanır

Azərbaycanın böyük sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı, Ziyadoğlu-Qacar nəslinin görkəmli nümayəndəsi Cavad xan haqqında tarixi mənbələrə əsaslanan kitab nəşrə hazırlanır.

Kitabın tərtibatçısı, fars dilindən tərcümənin və şərhlərin müəllifi, Əlyazmalar İnstitutunun elmi işçisi Hacı Rauf Şeyxzamanlı nəşrlə bağlı AMEA-nın Gəncə Bölməsində keçirilən dəyirmi masada iştirak edib, apardığı elmi araşdırmalar, Cavad xan haqqında İranda nəşr olunan kitablar və arxivlərdə saxlanılan sənədlər haqqında məlumat verib.

Alim bildirib ki, yeni nəşr iki hissədən ibarət olacaq və birinci hissədə son illərdə İranda işıq üzü görmüş iki kitabın və internet saytında dərc olunmuş ayrı-ayrı məqalələrin icmalı fars dilindən tərcümə edilərək yerləşdiriləcək.

Nəşr üçün hazırlanan nüsxədə Cavad xanın Sisianova yazdığı məktubun mətni, Cavad xanın qəhrəmanlığını tərənnüm edən Əbdürrəhman Ağanın və Fəridə Əliyarbəylinin mənzum əsərləri və s. yer alacaq.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında Cavad xanın həyatı və mübarizəsi haqqında kitabların nəşrinin təkcə Gəncənin deyil, həmçinin Azərbaycanın qəhrəmanlıq tarixinin öyrənilməsində önəmli rol oynayacağını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: