Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Azərbaycan və Rusiya Elmlər akademiyalarının rəsədxanaları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
04.03.2019 15:03
  • A-
  • A
  • A+

Azərbaycan və Rusiya Elmlər akademiyalarının rəsədxanaları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rusiya Elmlər Akademiyası Xüsusi Astrofizika Rəsədxanasının (XAR) direktoru, professor Valeri Vlasyuku qəbul edib.

Əvvəlcə akademik A.Əlizadə Azərbaycan ilə Rusiya elmi əlaqələrinin tarixi köklərindən danışıb, akademiyanın kosmik sahədə fəaliyyət göstərən elmi-tədqiqat müəssisəsinin əsas elmi istiqamətləri barədə qonağa məlumat verib.

XAR-ın direktoru V.Vlasyuk N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) elmi ezamiyyətdə olduğunu deyərək, bu müəssisə ilə elmi və elmi-texniki əlaqələrin genişləndirilməsi imkanlarından danışıb. 

Görüşdə ölkəmiz üçün kosmik tədqiqatların inkişafının əhəmiyyəti və ŞAR-ın bu sahəyə verdiyi töhfələr haqqında fikir mübadiləsi aparılıb, iki təşkilat arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevFizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və XAR-ın böyük elmi işçisi, f.-r.ü.f.d. Faiq Musayev də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: