Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tibb hüququ kursu üzrə ilk testlər toplusu nəşr olunub
06.03.2019 10:22
  • A-
  • A
  • A+

Tibb hüququ kursu üzrə ilk testlər toplusu nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmlər doktoru, professor Aytən Mustafazadə və institutun Hüquq sahələrinin müqayisəli təhlili şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Zamiq Aslanovun həmmüəllifliyi ilə hazırlanan tibb hüququ kursu üzrə testlər toplusu (tədris-metodik vəsait) çapdan çıxıb.

Vəsait hüquq və tibb təhsili tədris olunan ali təhsil müəssisələrinin müəllimləri, magistrantları, doktorantları və tələbələri, səhiyyə və sosial xidmət işçiləri və bütövlükdə tibbi fəaliyyətin hüquqi tənzimi məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: