www.science.az
11.03.2019 16:19

Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin alimləri Fizika İnstitutunda olublar

Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin (PMNTM) Materiallar fizikası şöbəsinin müdiri Yaçek Yaqielski və Material tədqiqatlar laboratoriyasının rəhbəri Lukas Kurpaska AMEA-nın Fizika İnstitutunda olublar.

İnstitutun direktoru, akademik Nazim Məmmədovla görüşdə qonaqlara müəssisənin əsas fəaliyyət istiqamətləri və burada əldə olunan mühüm elmi nəticələr barədə polşalı qonaqlara məlumat verilib. Bundan əlavə, iki ölkə arasında elmi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Daha sonra mərkəzin rəsmiləri Fizika İnstitutunun İnnovasiya sektoru ilə tanış olub, burada quraşdırılan müasir cihazlar barədə məlumat alıblar.

Qeyd edək ki, görüşdə institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad AbdinovBiofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və digərləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.