Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.03.2019 12:42
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunun alimlərinin ixtirası kommersiyalaşdırılıb

Mikrobiologiya İnstitutunun alimlərinin ixtirası kommersiyalaşdırılıb

Rəyasət Heyətinin 14 dekabr 2018-ci il tarixli qərarına əsasən, Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovun "Göbələk mənşəli bioloji aktiv maddə" adlı elmi-tədqiqat işinin kommersiyalaşdırılması başa çatmaq mərhələsindədir.

Belə ki, elmi nailiyyətin kənd təsərrüfatında tətbiqi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, həmçinin Baytarlıq Elmi-Tədqiqat İnstitutuna 50 baş iri buynuzlu ətlik-südlük heyvanlarda və 100 baş quşda sınağını tətbiq edib rəy vermək üçün və gələcəkdə sənayeləşdirilməsi baxımından işlərin davam etdirilməsi qərarlaşdırılıb. Bu məqsədlə göbələk mənşəli bioloji aktiv maddə AMEA Yüksək Texnologiyalar Parkı tərəfindən müvafiq əmtəə görünüşlü xüsusi kisələrdə qablaşdırılıb.

Alimlər tərəfindən bir neçə dəfə sınaqdan keçirilmiş bu ixtira artıq Baytarlıq Elmi-Tədqiqat İnstitutunda praktiki təsərrüfatda sınaqdan keçirilmə mərhələsindədir.

Qeyd edək ki, ölkə başçısının 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda Elm günü kimi təsis olunub. Yuxarıda qeyd olunan layihə Yüksək Texnologiyalar Parkında Elm gününə həsr edilmiş "Elm həftəsi"ndə keçiriləcək müsabiqədə mükafata layiq iddialı layihələrdəndir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: