Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Osmanlı imperiyasında erməni məsələsi problemi” kitabı yenidən nəşr olunub
14.03.2019 14:25
  • A-
  • A
  • A+

“Osmanlı imperiyasında erməni məsələsi problemi” kitabı yenidən nəşr olunub

“Lambert Academic Publishing” nəşriyyatı AMEA Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahovun “Osmanlı imperiyasında erməni məsələsi problemi” monoqrafiyasını təkrar nəşr edib.

Monoqrafiya Osmanlı tarixinin olduqca mürəkkəb, ziddiyyətli və eyni zamanda, maraqlı bir dövrünü əhatə edir. Əsərdə XIX əsrdə Osmanlı imperiyasında “erməni məsələsi” adlı qondarma problemin meydana çıxarılmasında çar Rusiyasının, İngiltərənin, Fransanın, eləcə də erməni kilsəsi və missioner təşkilatların rolu araşdırılıb. Həmçinin Türkiyə tarixşünaslığında bəhs olunan problemlə bağlı mövcud baxışlar ortaya qoyulub. “Erməni məsələsi” probleminin əsl mahiyyətinin açılması üçün Azərbaycan, Rusiya və Qərb tədqiqatçılarının əsərləri müqayisəli şəkildə təhlil edilib.

Nəşr mütəxəssislər, tarixçilər, siyasətçilər, habelə Osmanlı tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: