Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.03.2019 10:25
  • A-
  • A
  • A+

Botanika İnstitutunun alimləri Elm günü ərəfəsində məktəblilərlə görüşüb

Botanika İnstitutunun alimləri Elm günü ərəfəsində məktəblilərlə görüşüb

27 mart tarixi ölkəmizdə ilk dəfə olaraq Elm Günü kimi qeyd olunacaq. Elm Gününün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tədbirlər planı qəbul edib. Tədbirlər planına əsasən, əlamətdar günlə bağlı AMEA-nın elmi müəssisə və təşkilatlarında silsilə tədbirlər həyata keçirilir. Müasir dövrün aktual elmi problemlərinə həsr edilmiş konfrans, seminar və mühazirələr, dəyirmi masa, “açıq qapı” günləri, sərgilər, o cümlədən tələbə və şagirdlərin alimlərlə görüşləri təşkil olunur.

Bu münasibətlə AMEA Botanika İnstitutunun Bitki ehtiyatları şöbəsinin böyük elmi işçisi, b.ü.e.d. Lətafət Mustafayeva Bayıl qəsəbəsi Etibar Əliyev adına 162 saylı məktəbdə təşkil olunmuş konfransda “Azərbaycanda bitki ehtiyatları insan sağlamlığının keşiyində”, institutun Mikologiya laboratoriyasının müdiri, AMEA-nın professoru Dilzarə Ağayeva isə Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyində təşkil edilmiş seminarda “Yabanı aləmdə göbələklərin yeri: onları necə öyrənək ?” mövzusunda məruzələrlə çıxış ediblər.

Botanik alimlərin məruzələri şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: