ANA SƏHİFƏ >> Lənkəran Regional Elmi Mərkəzi

Veb-sayt

http://lrem.az

Ünvanı

Azərbaycan, Lənkəran şəhəri, Ş.Axundov küç., 18

Tel.

(+994 25) 2554583

(+994 25) 2551003

Faks  
Elektron poçtu

elmimerkez.lrem@mail.ru

Direktor

Fərman Ağadədə oğlu Quliyev 

Aqrar elmlər üzrə elmlər doktoru

(+994 25) 2554583

(+994 50) 3194156

prof.fquliyev@mail.ru

Direktor müavini

Ümumi işlər üzrə       

Namik Qasımov

(+994 50) 5981422

Elmi katib

 

Mərkəzin yaranma tarixi

AMEA Rəyasət Heyətinin 21 sentyabr 2005-ci il tarixli qərarı ilə yaradılıb.

Əsas fəaliyyət istiqamətləri

Lənkəran-Astara bölgəsinin floristik tərkibinin, müxtəlifliyinin öyrənilməsi və qiymət­ləndi­ril­məsi; 

Nadir bitkilərinin bioekoloji və fitosenotik xüsusiyyət­lərinin öyrənilməsi;

Lənkəran – Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, morfoloji bioloji təsərrüfat xüsusiyyətləri, onların məhv olmaq təhlükəsindən qorunması, bərpa edilməsi, müasir seleksiya baxımından qiymətləndirilməsi, yeni sortların seçilməsi və yaradılması; 

Azərbaycanın Cənub-Şərq regionunun arxeoloji və numizmatik abidələrinin aşkarlanması, onların xəritələrinin tərtibi, numizmatik fondun və muzeyin yaradılması, numizmatik materialların elmi dövriyyəyə daxil edilməsi, kataloqlaşdırılması və digər istiqamətlərdə elmi-tədqiqat işləri həyata keçirilməsi.

Əldə etdiyi əsas elmi nəticələr

Mərkəz tərəfindən çayın klon seleksiyası üzrə uzun illər aparılan tədqiqat işləri nəticəsində toplanılmış 50-dən çox forma – klonun bir sıra morfoloji, bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsulunun keyfiyyət göstəriciləri "Azərbaycan-2" çay sortu ilə müqayisə edilərək hərtərəfli öyrənilib.

Lənkəran bölgəsində introduksiya olunmuş və seleksiya yolu ilə yaradılmış limon sort-formlarından yeni "Lənkəran Meyeri" – ağçiçək sortunun alınmasında, naringi sort-formlarının isə qiymətli ilkin material kimi yeni narıngi "Karlik tezyetişən" sortunun yaradılmasında istifadə edilib. Yeni sortlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib.

Lənkəran-Astara bölgəsində yabanı floranın və mədəni bitki ehtiyatlarının biomüxtəlifliyinin qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparılıb və genefondun qorunması üçün təkliflər hazırlanıb.

Cənub-Şərq regionunda tapılan eramızdan əvvəl I əsrdən başlayaraq eramızın XVIII əsrinin sonuna qədərki dövrə aid sikkələrin topoqrafik, tərkib özəllikləri və təyinatları verilərək, elmi dövriyyəyə daxil edilib, sikkə tapıntıları əsasında regionun siyasi və ictimai-iqtisadi durumu şərh olunub.

Mərkəzin işçilərinin ümumi sayı 32 
Mərkəzin struktur bölmələri

Çay və subtropik bitkilər şöbəsi

Arxeologiya şöbəsi 

Elmi şura

-       sədr

-       sədr müavini

-       katib

-       üzvləri


Fərman Quliyev

Mais Cəfərov

Namik Qasımov

Samir Kərimov

Xalıqverdi Babayev

Əsəd Nuriyev

Rəşad Səlimov

Həzər Hüseynov

Vahid Fərzəliyev

Sərraf Talıbov

Mərdan Şirəliyev

Gənc alimlər və mütəxəsislər şurası

-       sədr

-       katib

-       üzvləri



Həmkarlar təşkilatı

-       sədr

-       sədr müavini

-       katib

-       büro üzvləri

 

Namik Qasımov

Aydan Dadaşova                   

Zamin Ağazadə

Aqil Həsənov

Anar Abbasov

İctimaiyyətlə əlaqələrə məsul şəxs Azər Quluzadə  
  Elmlər doktorları
  Fəlsəfə doktorları