Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Elektron-tibbin elmi-nəzəri problemlərindən bəhs edən kitab çap olunub
10.06.2019 16:59
  • A-
  • A
  • A+

Elektron-tibbin elmi-nəzəri problemlərindən bəhs edən kitab çap olunub

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın müəllifliyi ilə  “Electronic medicine: formation and scientific-theoretical problems” (“Elektron-tibb: formalaşması və elmi-nəzəri problemləri”) adlı monoqrafiya çap edilib.

Monoqrafiya e-tibbin mahiyyəti, imkanları, formalaşması, teletibbin inkişafı, həkim qərarlarının qəbul olunması üçün tibbi ekspert sistemlərinin işlənilməsi, fərdi tibbi məlumatların informasiya təhlükəsizliyi və tibdə Big Data problemlərinin analizinə həsr edilib. Kitabda Əşyaların İnterneti və sosial medianın e-tibdə yaratdığı imkanlar, onların fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasında rolu, tibbi sferada kadr təminatı ilə bağlı tendensiyalar və e-tibbin insan resurslarının formalaşması məsələlərinə baxılıb.

Nəşrin elmi məsləhətçisi, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, elmi redaktorları İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev və Azərbaycan Tibb Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramovdur.

Monoqrafiya informasiya texnologiyaları, tibbi informatika, e-tibb sahələri üzrə mütəxəssislər, tədqiqatçılar, elmi işçilər, müəllimlər və tələbələrin də aid olduğu geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın elektron variantını buradan əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: