www.science.az
28.11.2019 19:24

AMEA-nın Mərkəzi Elmi Kitabxanası ADPU-nun Quba filialı ilə əməkdaşlıq edəcək

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumda vahid elektron kataloqun hazırlanması, təcrübə mübadiləsinin aparılması, regionlarda təhsilin, elmi tədqiqat işlərinin səmərəliliyinin artırılması, bölgələrdə “Vikipediya” üzrə bacarıqlı mütəxəssislərin yetişdirilməsi və s. kimi məsələlər nəzərdə tutulur.

Sənədi MEK-in direktoru, t.ü.f.d. Leyla İmanova və ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.