Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əlyazmalar Fondunun direktoru beynəlxalq konfransda iştirak edib
29.10.2020 10:29
  • A-
  • A
  • A+

Əlyazmalar Fondunun direktoru beynəlxalq konfransda iştirak edib

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov İranın Təbriz Universitetində keçirilən “Şəhriyar elm və mədəniyyət” beynəlxalq konfransında iştirak edib.

Azərbaycan, Türkiyə və Gürcüstan ədəbiyyatşünaslarının “Zoom” proqramı ilə qatıldığı beynəlxalq tədbirdə F.Xəlilovun “Ustad Məhəmmədhüseyn Şəhriyarın Mirzə Əli Möcüz Şəbüstərinin ədəbi irsinə münasibəti” adlı məruzəsi dinlənilib. Alim tədqiqat materialları əsasında görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın Əli Möcüzün ədəbi irsi ilə necə tanış olmasından söz açıb, ədibin yaradıcılığına verdiyi yüksək qiymətdən danışıb və Möcüzün ədəbi ənənələrinə bağlılığının bəzi məqamlarını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: