ANA SƏHİFƏ >> Naxçıvan Bölməsi

Naxçıvan Bölməsi

Veb-sayt www.ameanb.nakhchivan.az www.ameanb.nmr.az

Bölmənin ünvanı AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 76    
Tel. (+994 36) 5446580
Faks (+994 36) 5454622
Elektron poçtu

ismayil_haciyev@yahoo.com

Bölmənin yaranma tarixi

Elmin inkişafını daim diqqət mərkəzində sax­layan ulu öndər Heydər Əliyev Naxçıvan Mux­tar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azər­baycan MEA-nın Naxçıvan Bölməsinin yara­dıl­ması haqqında 1003 №-li tarixi sərəncam imzalamışdır. Qeyd olunan sərəncama müva­fiq olaraq, AMEA Naxçıvan Bölməsində 6 el­­mi tədqiqat institutu – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; İncəsənət, Dil və Ədə­biy­yat İnstitutu; Təbii Ehtiyatlar İnstitutu; Bio­resurslar İnstitutu; Batabat Astrofizika Rə­səd­xanası və Əlyazmalar Fondu yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəti­cəsində Naxçıvan Bölməsi üçün iki üçmərtə­bəli bina ayrılmışdır. 2005-ci ildə Bölmənin Bioresurslar İnstitutunun müasir tələblərə ca­vab verən binası, 2010-cu ildə isə İnstitutun Biokimyəvi Tədqiqatlar laboratoriyasının bi­na­sı istifadəyə verilmişdir. Ötən dövr ərzində Bölmənin Batabat Astrofizika Rəsədxanası üçün yeni bina tikilmiş, “Nəbatat bağı” ye­nidən qurulmuş, Bölmə Beynəlxalq İnternet Şəbəkəsinə qoşulmuş, elektron kitabxana və 4 elektron portal yaradılmışdır.

2005-ci ildə Bölmədə “Tusi” adlı nəşriyyat fəaliyyətə başlamış və ilk olaraq Gəmiqaya ilə bağlı xüsusi nömrə çapdan çıxmışdır. Ötən dövr ərzində iki seriyada nəşr olunan Bölmənin “Xəbərlər” jurnalının 46 nömrəsi, “Axtarışlar” jurnalının isə 22 nömrəsi işıq üzü görmüşdür. Bölmədə Naxçıvanın tarixi, etnoqrafiyası, ar­xeologiyası, ədəbiyyatı, folkloru, bioresursla­rı, təbii ehtiyatlarının araşdırılmasında elmi istiqamətlər müəyyən edilmiş müvafiq profil­lə­rə uyğun elmi-tədqiqat işləri yerinə yetiri­lə­rək mühüm nəticələr əldə olunmuşdur. Böl­mənin 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələr ensiklopediyası”, “Naxçı­­van tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnamə­si”, 3 cilddə “Naxçıvanın folkloru antologi­ya­sı”, 2 cilddə Naxçıvan Muxtar Respublika­sı­nın “Qırmızı kitabı” fundamental nəşrləri işıq üzü görmüşdür. Ümumiyyətlə, Bölmənin fəaliyyəti dövründə əməkdaşların 133 mono­qra­fi­ya­sı, 162 kitabı, 17 metodik vəsaiti, 6005 məqaləsi, 181 tezisi, 18 xəritəsi çap olunmuş­dur. Bölmə əməkdaşları 4 tövsiyə, 36 buklet hazırlamış, 25 patent almışlar. Əsər­lərdən 8 monoqrafiya, 17 kitab, 1288 məqalə, 56 tezis xaricdə capdan çıxmışdır. Elmi məqalələrdən Ötən fəaliyyət döv­ründə Bölmə əməkdaşları 2 Beynəlxalq ol­maq­la 16 qrant layihəsinin qalibi olmuşlar. Ötən dövr ərzində AMEA-nın Naxçıvan Böl­məsində fəaliyyət göstərən Dissertasiya Şu­ra­sında 10 elmlər doktoru, 74 fəlsəfə doktoru dissertasiyasının müdafiəsi müvəffəqiyyətlə keçirilmişdir.

Hazırda Bölmədə 2 nəfər akade­­mik, 5 nəfər müxbir üzv, 4 nəfər elmlər dok­toru, 52 nəfər fəlsəfə doktoru fəaliyyət göstə­rir ki, bu da elmi işçilərin 78 %-ni təşkil edir.
Akademik-katib

Akademik İsmayıl Muxtar oğlu Hacıyev

(+994 36) 5446580

(+994 50) 2117658

ismayil_haciyev@yahoo.com

Bölmənin elmi katibi

Əkrəm Rüfət oğlu Hüseyzadə

(+994 36) 5451680

Mob. tel.:  (+994 50) 3407322 

ekrem.h@mail.ru

Rəyasət Heyətinin üzvləri

Akademik İsmayıl Muxtar oğlu Hacıyev

Akademik Tariyel Hüseynəli oğlu Talıbov

Müxbir üzv Fəxrəddin Yəhya oğlu Səfərli

Müxbir üzv Əbülfəz Aman oğlu Quliyev

Müxbir üzv Əliəddin Dəyyan oğlu Abbasov

Müxbir üzv Qadir İbrahim oğlu Qədirzadə

Müxbir üzv Vəli Baxşəli oğlu Baxşəliyev

Müxbir üzv Məhərrəmov Saleh Heydər oğlu

Bölməyə daxil olan elmi tədqiqat müəssisələri

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu

Təbii Ehtiyatlar İnstitutu

Bioresurslar İnstitutu

Əlyazmalar Fondu

Batabat Astrofizika Rəsədxanası

Seysmoloji mərkəz

Bölmənin tərkibində olan təşkilatlar Mərkəzi Elmi Kitabxana
“Tusi” nəşriyyatı
Şöbələr Elmi-təşkilat şöbəsi
Maliyyə-uçot və hesabat şöbəsi
Kadrlar və Doktorantura şöbəsi
İnformasiya şöbəsi
Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

 

Gözəl Sultan qızı Qənbərova

Orxan Rza oğlu Bağırov

Emin Arif oğlu Şıxəliyev

Günel Aslan qızı Məmmədova

Zülfiyyə Hüseyn qızı İsmayılova

Əlövsət Səfər oğlu Dadaşov
İctimaiyyətlə əlaqələrə məsul şəxs

Türkanə Bəylərli

Xidməti tel.: (+994 36) 545-67-45

e-mail: turkane.beylerli@mail.ru