www.science.az
22.09.2015 09:12

AMEA-nın müxbir üzvü Rauf Qardaşov Rusiyada keçirilmiş beynəlxalq tədbirdə məruzə ilə çıxış edib

Coğrafiya İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü Rauf Qardaşov sentyabrın 8-dən 12-dək  Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Təbii suların optikasının müasir problemləri” adlı VIII Beynəlxalq konfransda iştirak edib. Beynəlxalq tədbirdə R.Qardaşov “Günəş parıltıları və dalğa spektri xarakteristikaları arasındakı əlaqələrin öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanlı alim konfransın proqram komitəsinin üzvü olmaqla yanaşı, “Dəniz səthinin və dəniz atmosferinin optikası” seksiyasının da aparıcısı olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir