Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Tibbi-meteoroloji proqnozlar üçün metodik vəsait” çapdan çıxıb
29.09.2015 11:03
  • A-
  • A
  • A+

“Tibbi-meteoroloji proqnozlar üçün metodik vəsait” çapdan çıxıb

AMEA Coğrafiya İnstitutunun  İqlim və aqroiqlimşünaslıq şöbəsinin əməkdaşları – c.ü.f.d. Umayra Tağıyeva və elmi işçi Cəmilə Əhmədovanın hazırladıqları “Tibbi-meteoroloji proqnozlar üçün metodik vəsait” çapdan çıxıb. 

Azərbaycan və ingilis dillərində nəşr olunan metodik vəsaitdə qlobal iqlim dəyişmələri şəraitində atmosferin tərkibində və sirkulyasiyasında baş verən dəyişikliklərin, anomal və təhlükəli  hidrometeoroloji hadisələrin, o cümlədən “isti hava dalğalarının” davamiyyəti və təkrarlanmasının artması ilə insanların  əlverişsiz meteoroloji şəraitə qarşı həssaslığının  yüksəldilməsi diqqətə çatdırılır.  Yeni nəşr bu baxımdan əhalini və müvafiq təşkilatları tibbi-meteoroloji proqnoz və xəbərdarlıqlarla təmin etməklə, əlverişsiz hava şəraiti ilə bağlı qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə və yarana biləcək risklərin yumşaldılmasına  yardımçı ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: