www.science.az
13.10.2015 11:13

Antropogen təsir nəticəsində torpaqda baş vermiş proseslər öyrənilir

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyasının əməkdaşları Balakən rayonunda elmi ezamiyyətdə olublar.

15 gün davam edən ekspedisiya müddətində  Balakən rayonunun müxtəlif ərazilərində vizual müşahidələr aparılıb,  20-yə qədər əsas və yardımçı torpaq kəsimləri qoyulub, laboratoriyada analiz olunmaq üçün torpaq nümunələri götürülüb. Hazırda ötən 40-50 il ərzində  Böyük Qafqazın torpaqlarında baş verən proseslərin nəticələri, torpaq tiplərinin konturlarının dəqiqləşdirilməsi və xəritədə qeyd olunmuş antropogen təsir nəticəsində torpaqda baş vermiş proseslər müəyyən edilib. Onların qarşısını almaq üçün kompleks aqromeliorativ tədbirlər sisteminin hazırlanması istiqamətində işlər aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir