Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutunda xarici dil kursları təşkil olunub
02.03.2016 09:15
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunda xarici dil kursları təşkil olunub

Martın 1-dən AMEA A.Qarayev adına Fiziologiya İnstitutunda xarici dil kurslarına başlanılıb.

Kursların təşkili elmi kadr potensialını inkişaf etdirmək, elmi işçilərin, doktorantların, dissertantların və magistrlərin xarici dil biliklərinin yüksəldilməsini təmin etmək məqsədi daşıyır. Tədris ingilis dili üzrə danışıq, dinləmə, yazma və oxumanın inkişafı üzrə müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar və CD/DVD materiallar əsasında keçiriləcək.

Kurslarda ingilis dilinin qrammatik izahı ilə yanaşı, xarici dildə filmlərin izlənilməsi dünya ədəbiyyatlarının mütaliəsi, onların mədəniyyəti haqqında məlumat əldə edilməsi də nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: