Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimlərinin kitabı 38-ci Beynəlxalq PARİS LUVR kitab sərgisinin “Qızıl medalı”na layiq görülüb
04.06.2018 13:56
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin kitabı 38-ci Beynəlxalq PARİS LUVR kitab sərgisinin “Qızıl medalı”na layiq görülüb

38-ci Beynəlxalq Paris Luvr kitab sərgisində Fransa, Rusiya, Almaniya və digər Avropa ölkələrinin alim, yazar və müəlliflərinin elmi və pedaqoji fəaliyyətinin intensivliyini artırmaq, kitab, monoqrafiya, dərslik, metodik vəsait və elektron nəşrlərin elmi paylaşımını gücləndirmək məqsədilə 30 min kitabın sərgisi təşkil olunub.

AMEA Naxçıvan BölməsininTəbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, institutun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova və Fərəh Heydərovanın həmmüəllifi olduğu “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” adlı kitab da sərgidə nümayiş etdirilib. Azərbaycan alimlərinin kitabı Beynəlxalq Paris Luvr kitab sərgisinin "Qızıl medalı" ilə mükafatlandırılıb.

Bundan əlavə, həmin kitab Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Təhsil 2018 sərgisinin diplomuna layiq görülüb, kitabın rus və ingilis dillərində xülasəsi sərginin kataloqunda dərc olunub.

Qeyd edək ki, V Beynəlxalq Təhsil Sərgisinin işində Türkiyə, İran, Rusiya, Monqolustan, Polşanın təhsil nazirləri, UNESCO-ya üzv ölkələrin nümayəndələri, 1000-dən artıq elm və təhsil müəssisəsinin əməkdaşları iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: