Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tanınmış filosof alim Zümrüd Quluzadənin biobiblioqrafik göstəricisi çapdan çıxıb
31.01.2019 13:28
  • A-
  • A
  • A+

Tanınmış filosof alim Zümrüd Quluzadənin biobiblioqrafik göstəricisi çapdan çıxıb

Mərkəzi Elmi Kitabxana AMEA Rəyasət Heyətinin qərarı ilə Əməkdar elm xadimi, Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin biobiblioqrafik göstəricisini hazırlayıb.

“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası altında çapdan çıxmış biobiblioqrafik göstəricidə alimin həyatı, elmi, pedaqoji və ictimai-siyasi fəaliyyəti, 1961-2016-cı illərdə Azərbaycan və xarici dillərdə ölkəmizdə və xaricdə çap edilən əsərlərinin biblioqrafiyası ilə tanış olmaq olar. Z.Quluzadənin 85 illiyinə həsr olunmuş vəsaitin tərtibçisi və redaktoru Kəmalə Məmmədovadır.

Biobiblioqrafik göstərici mədəniyyətşünaslığın müxtəlif sahələri: elmin metodologiyası, fəlsəfə, sosiologiya, tarix və ədəbiyyat üzrə elmi-tədqiqat işi aparan alimlər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: