www.science.az
12.02.2019 15:10

Yusif Şükürlü Şəki şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif olunub

AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü rayonun ictimai-siyasi həyatında yaxından iştirakına və elm sahəsindəki səmərəli fəaliyyətinə görə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif edilib.

Mükafatı alimə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yıgıncağında şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.