Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan ədəbi mühitinin tədqiqi işinə layiqli töhfə
26.11.2018 11:18
  • A-
  • A
  • A+

Naxçıvan ədəbi mühitinin tədqiqi işinə layiqli töhfə

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Naxçıvan ədəbi mühiti: problemlər, perspektivlər” adlı kitabı işıq üzü görüb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, filologiya üzrə elmlər doktorları - Fərman Xəlilov, Yaqub Babayev və filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayıldır.

Kitabda Naxçıvan ədəbi mühiti və onun keçdiyi inkişaf yolu işıqlandırılıb. Ən qədim dövrlərdən Naxçıvanda ədəbi inkişafın vüsət və inkişaf tapması, keçdiyi inkişaf tarixi yeni nəşrin əsas problemidir. Tədqiqatçı alim tarixiliklə müasirliyi, sələflərlə xələfləri bir arada verməklə yanaşı, müxtəlif ədəbi, mədəni və elmi problemləri də təhlil edib, özünün fikir və mülahizələrini bildirib.

Naxçıvan ədəbi mühitinin tədqiqi işinə layiqli töhfə olan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: